İran Milli Təhlükəsizlik Şurasının katibi Əli Şamxani Azərbaycana səfərə gələcək
Rasthaber Azərbaycan xəbər verir ki, İran Milli Təhlükəsizlik Şurasının katibi Əli Şəmxaninin səfəri iyulun 15-də Azərbaycan Prezidenti yanında Təhlükəsizlik Şurasının katibi Ramil Usubovun rəsmi dəvəti əsasında baş tutacaq.
Səfər zamanı Əli Şəmxani Ramil Usubovla ikitərəfli əlaqələrin inkişafı, regional və beynəlxalq məsələləri müzakirə edəcək.
İran mediasının bildirdiyinə görə, İslam İnqilabı Rəhbəri Ayətullah Xameneinin nümayəndəsi Azərbaycan Respublikası prezidenti ilə də görüşəcək.