İran Maqateni məlumatlandırdı: Yeni atom obyekti tikirik...

İran Maqateni məlumatlandırdı: Yeni atom obyekti tikirik...

İran XİN rəsmisi Səid Xətibzadə deyib

 TASS-a istinadən xəbər verir ki, İran Atom Enerisi üzrə Beynəlxalq Agentliyi (MAQATE) Fordoda yeni atom obyektinin inşası barədə məlumatlandırıb.

Bu barədə İran XİN rəsmisi Səid Xətibzadə məlumat verib.

“Biz bu barədə MAQATE-ni məlumatlandırdıq və heç nə də gizlətmirik”, – deyə o, qeyd edib.

Diplomat əlavə edib ki, “İranın (atom sahəsindəki) bütün hərəkətləri MAQATE-nin nəzarəti altındadır”.

“Biz agentliyə siyasi məsələlərdən çəkinməyi məsləhət görürük. (Bu) MAQATE-nin nüfuzunu da, təşkilatın İranla əməkdaşlığını da qoruyub saxlamağa kömək edəcək”, – deyə Xətibzadə əlavə edib.

Xəbəri paylaş

VİDEOLAR