MAQATE İrana qarşı qətnamə qəbul edərsə, Tehran nüvə proqramına yenidən baxacaq.
Bunu İran xarici işlər naziri Abbas Arakçı deyib.
"Yaxınlarda MAQATE Rəhbərlər Şurasının iclası olacaq. Orada antiiran qətnaməsinin qəbul ediləcəyi ehtimalı var. Əgər onlar bizə qarşı qətnamə qəbul etsələr, İrandan proporsional cavab alacaqlar. Nüvə proqramımızla bağlı onların heç xoşuna gəlməyəcək yeni tədbirlər görəcəyik”, - Arakçı qeyd edib.