İranın Atom Enerjisi Agentliyinin rəhbəri Məhəmməd İslami deyib: "İran ilə MAQATE arasında əməkdaşlıq mart ayında dərc etdiyimiz bəyanat çərçivəsində davam edir".
Az.rasthaber.com xəbər verir ki, İranın Atom Enerjisi Agentliyinin sədri Məhəmməd İslami İranın nüvə fəaliyyətləri və Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) ilə əməkdaşlığı şərh edərək deyib:
"İran və MAQATE əməkdaşlığı mart ayında Rafael Mariano Grossi ilə dərc etdiyimiz birgə bəyanat və NPT çərçivəsində davam edir.
Qalan iki bəndlə bağlı lazımi sənədləri göndərmişik. Kifayət etməsə, əlavə sənədlər göndərməyə hazırıq.".
İslami daha əvvəl demişdi ki, Tehran öz fəaliyyətini parlamentin qəbul etdiyi Strateji Fəaliyyət Qanunu, Nüvə Təhlükəsizliyi Konvensiyası və Nüvə Silahlarının Yayılmaması Müqaviləsi (NTP) çərçivəsində həyata keçirir.