İran: MAQATE ilə danışıqlarda irəliləyiş var

İran: MAQATE ilə danışıqlarda irəliləyiş var

İranın Atom Enerjisi Agentliyinin sədri Məhəmməd İslami Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (MAQATE) ilə danışıqlar prosesinin irəlilədiyini bildirib.

Az.rasthaber.com xəbər verir ki, İranın Atom Enerjisi Agentliyinin rəhbəri Məhəmməd İslami bu gün mətbuata verdiyi açıqlamada Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) ilə danışıqlar prosesinin irəlilədiyini bildirib.

İslami məsələ ilə bağlı o, deyib: "İran və Agentlik arasında texniki və ekspert heyətləri hər gün əlaqə saxlayır. Araşdırmaların nəticələrini vaxtında açıqlayacağıq".

Qeyd edək ki, Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) prezidenti Rafael Mariano Qrossi Tehranda yüksək səviyyəli təmaslar keçirmək üçün mart ayında İrana səfər edib.

Qrossi Tehrana iki günlük səfəri çərçivəsində Məhəmməd İslami ilə görüşüb.

Xəbəri paylaş

VİDEOLAR