İran Macronun təklifini rədd etdi

İran Macronun təklifini rədd etdi

İran XİN-in sözcüsü Fransa prezidentinin təklifilə bağlı öz sosial şəbəkə səhifəsində cavab verib

Rasthaber Azərbaycan xəbər verir ki, İran XİN sözcüsü Abbas Musəvi, Fransa prezidenti Emmanuel Makronun tələbinə öz tvitter hesabından "Dransızlar, İranın suveren bir ölkə olduğunu, nə hökümətimiz nə də məhkəmə rəhbərliyimizin başqalarının tövsiyələrini qəbul etməyəcəyini unutmamalıdır. Daxili işlərimizə müdaxilə bizim üçün qəbuledilməzdir", -deyə cavab verib.
Paris Siyasi Araşdırmalar İnstitutu Sciences Po akademikləri Fransa vətəndaşı Rolan Marshal ilə Fransa-İran vətəndaşı Fariba Adelhah, İran hüquq mühafizə orqanları tərəfindən milli təhlükəsizliyə qarşı fəaliyyət ittihamları ilə saxlanılmışdılar.
Adelhah bu ilin iyul ayında həbs edilmiş, Marshalın həbs olması isə oktyabr ayında məlum olmuşdu.

Xəbəri paylaş

VİDEOLAR