İran Kürdüstan Muxtariyyəti ilə sərhəddə bir terror qrupunu zərərsizləşdirib

İran Kürdüstan Muxtariyyəti ilə sərhəddə bir terror qrupunu zərərsizləşdirib

İranın İslam İnqilabının Keşikçilər Ordusu (Sepah) İraqın şimalında Kürdüstan Muxtariyyəti ilə sərhəd zolağında bir terror qrupunu zərərsizləşdirdiyini və beş terrorçunu ələ keçirdiyini bildirib.

Az.rasthaber.com SalamNews-a istinadən xəbər verir ki, bu barədə Sepah-ın “Xatəmul-Ənbiya” qərargahı bəyanat verib.

Bildirilib ki, Kürdüstan əyalətinin Banə şəhərində ölkə ərazisində terror aktları və təxribatlar planlayan bir silahlı qrup zərərsizləşdirilib.

Əməliyyat nəticəsində daha beş terrorçu ələ keçirilib.

Əməliyyatda qrupun xeyli silah-sursatı ələ keçib.

Qeyd edək ki, PJAK İranın şimal-qərb səhrəd bölgələrində ara-sıra terror hücumları həyata keçirir.

Xəbəri paylaş

VİDEOLAR