İran kəşfiyyatı silahlı hücum planlayan 12 nəfərlik qrupu ələ keçirib

İran kəşfiyyatı silahlı hücum planlayan 12 nəfərlik qrupu ələ keçirib

İran Kəşfiyyatı Mərkəzi əyalətində “silahlı hücumlar və milli təhlükəsizliyi hədəfə alan təxribat addımlarını palanlayan" 12 nəfərlik qrupu aşkarladığını və ələ keçirdiyini bildirib.

Az.rasthaber.com xəbər verir ki, bu barədə İran İslam İnqilabının Keşikçilər Ordusunun İctimaiyyətlə Əlaqələr Şöbəsi məlumat yayıb.

Bildirilib ki, ölkənin Mərkəzi əyalətinin rayonlarının birində Hollandiya və Almaniyada olan “İnqilaba zidd” ünsürlərin tapşırığı əsasında silah toplamış, ölkədə silahlı hücum və təxribatlar planlaşdıran 12 nəfərlik qrup zamanında aşkarlanaraq, onun üzvləri saxlanılıb.

Bu bəyanatda ölkə əhalisindən, xüsusilə də Mərkəzi əyalətinin əhalisindən oxşar təxribat addımları ilə bağlı müvafiq qurumlara xəbər vermələri xahiş edilib.

Xəbəri paylaş

VİDEOLAR