İran kəşfiyyatı İsrailə cəsusluq edən qrupun üzvlərini ələ keçirdiyini bildirib

İran kəşfiyyatı İsrailə cəsusluq edən qrupun üzvlərini ələ keçirdiyini bildirib

İran kəşfiyyatı Mossada cəsusluq edərək, ölkənin müdafiə sənayesində təxribat planlayan qrupun üzvlərini ələ keçirdiyini bildirib.

Az.rasthaber.com SalamNews-a istinadən xəbər verir ki, bu barədə İranın Kəşfiyyat Nazirliyindən məlumat verilib.

Bu məlumatda qeyd edilir ki, Kəşfiyyat Nazirliyinin əməkdaşları Mossada işləyən cəsus və təxribat qrupunu aşkarlayaraq, onun üzvlərini ələ keçirib.

Bildirilib ki, bu qrup təhlükəsizlik üzrə marketinq və lojistik dəstək şirkətlərinin təsisi ilə ölkənin müdafiə sənayesində təxribat planlayıblar.

İsrail tərəfi hələ bu barədə rəsmi məlumat yaymayıb.

Xəbəri paylaş

VİDEOLAR