İran sərhədçiləri Körfəzdə ABŞ istehsalı olan 5 minə yaxın xəncər və maçete daşıyan gəmini saxlayıb.
Az.rasthaber.com APA-ya istinadən xəbər verir ki, bunu İran Sərhəd Qoşunları komandanı Əhməd Əli Qudərzi deyib.
Xatırladaq ki, ötən ilin dekabrında İran təhlükəsizlik qüvvələri əməkdaşları Sistan və Bəlucistan əyalətlərinə qaçaqmalçılıqla məşğul olan 4 dəstənin üzvlərini saxlamışdı, təxminən 100 ədəd silah və xeyli miqdarda sursat müsadirə edilmişdi.