İran Kabuldakı terror aktlarını pislədi

İran Kabuldakı terror aktlarını pislədi

İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Kabul hava limanındakı son terror hadisələrindən son dərəcə narahat olduğunu bildirib və bu terror hərəkətini pisləyib.

Rasthaber Azərbaycan İran mediasına istinadən verdiyi məlumata görə, Səid Xətibzadə Əfqanıstanın müdafiəsiz xalqının hədəfə alınmasını, həmçinin qadınlar, kişilər, gənclər və azyaşlıların hücuma məruz qaldıqları hər hansı terror əməliyyatını pisləyib.

Xətibzadə ümidvarlıq edib ki, tez bir zamanda Kabildə əhatəli bir hökumətin yaradılması ilə, məsuliyyət daşıyan orqanlar xalqın həyatı və əmlakının qorunması üzrə vəzifələrini üzərlərinə götürəcəklər.

Əfqanıstanın səhiyyə rəsmiləri bildiriblər ki, cümə axşamı günü axşam saatlarında Kabul hava limanının yaxınlığında baş vermiş iki intihar partlayışının tələfatı altmış ölü və 140 yaralıya yüksəlib.

CENTKOM komandanı general Kennet Mak Kenzi, Kabul hava limanının qarşısında törədilmiş terror partlayışlarında Amerika hərbi qüvvələrindən on iki nəfərin öldürüldüyü və on beş nəfərin də yaralandığını təsdiq edib.

İŞİD terror qrupu cümə axşamı günü öz teleqram hesabında rəsmi şəkildə Kabil hava limanının qarşısında törədilmiş terror partlayışlarının məsuliyyətini üzərinə götürüb.

Xəbəri paylaş

VİDEOLAR