Seyyid Abbas Musəvi Əfqanıstanın hökuməti və xalqı, həmçinin bu cinayət qurbanlarının ailələrinin kədəri ilə bölüşüb.
Rasthaber Azərbaycan İran mediasına istinadən xəbər verir ki, İran Xarici İşlər Nazirliyinin sözçüsü dünən axşam Kabildə Əfqanıstan İslami Vəhdət Partiyasının mərhum təsisçilərindən olan şəhid Əbduləli Məzarinin şəhadətinin 25-ci ildönümü mərasiminə qarşı terror hücumunu pisləyib.
Bu mərasimdə onlarla günahsız və məzlum insan ölüb və yaralanıb.
Seyyid Abbas Musəvi Əfqanıstanın hökuməti və xalqı, həmçinin bu cinayət qurbanlarının ailələrinin kədəri ilə bölüşüb.
Yerli vaxtla bu gün səhər baş vermiş İŞİD terror qrupu ünsürlərinin bu hücumunda azı 23 nəfər ölüb, 33 nəfər isə yaralanıb.
İranın Kabildəki səfirliyi də bir açıqlamada bu terror hücumu qurbanlarının ailələrinə başsağlığı verib və yaralıların tez bir zamanda sağalmalarını arzu edib.