İran Kabildə təhsil mərkəzinə edilən hücumu pisləyib

İran Kabildə təhsil mərkəzinə edilən hücumu pisləyib

İran xarici İşlər nazirliyinin sözçüsü Nasir Kənani Kabilin qərbində təhsil mərkəzində imtahan verən gənclərə qarşı ölümcül hücumu şiddətlə qınayaraq, bunun dini təlimlərə və əsas humanitar prinsiplərə qarşı vəhşicəsinə hücum olduğunu və bu qətlin onu törədənlərin üzündə qara ləkə olaraq qalacağını bildirib.

Az.rasthaber.com xəbər verir ki, Nasir Kənani həmçinin Əfqanıstan rəsmilərinin vətəndaşların təhlükəsizliyini təmin etmək vəzifəsinə diqqət çəkib, həyatını itirənlərin ailələrinə başsağlığı verib, yaralıların tezliklə sağalmasını arzulayıb.

Xəbəri paylaş

VİDEOLAR