İran İstanbulda törədilən terror aktını pisləyib

İran İstanbulda törədilən terror aktını pisləyib

“Türkiyə və xalqının təhlükəsizliyini hədəfə alan istənilən terror aktını kəskin şəkildə pisləyirik.”

Az.rasthaber.com SalamNews-a istinadən xəbər verir ki, bunu İranın Xarici İşlər Nazirliyinin mətbuat katibi Nasir Kənani deyib.

İstanbulda onlarla şəxsin ölümü və yaralanmasını pisləyən İran XİN sözçüsü deyib: "Biz qardaş Türkiyə Cümhuriyyəti və millətinin yanındayıq."

İran rəsmisi Türkiyə hökumətinə və xalqına, xüsusilə də həlak olanların ailələrinə başsağlığı verib.

Xəbəri paylaş

VİDEOLAR