İran İsrailin Yəmənin infrastrukturlarına hücumunu kəskin şəkildə pisləyib

İran İsrailin Yəmənin infrastrukturlarına hücumunu kəskin şəkildə pisləyib

İran İslam Respublikası Xarici İşlər Nazirliyinin mətbuat katibi sionist rejimin Yəmənin infrastrukturlarına təcavüzünü kəskin şəkildə pisləyib.

Az.rasthaber.com xəbər verir ki, İsmayıl Bəqayi 19 dekabr cümə axşamı günü sionist rejimin Yəmənin infrastruktur obyektlərinə, o cümlədən Səna elektrik stansiyasına, Rəs əl-İsadakı yanacaq çənlərinə və Yəmənin Hudeydə limanına hücumlarını qəti şəkildə pisləyib.

O, Yəmənin mülki infrastrukturlarının dağılmasına səbəb olan bu təcavüzkar hücumları beynəlxalq hüququn prinsip və normalarının və BMT Nizamnaməsinin kobud şəkildə pozulması kimi qiymətləndirərək əlavə edib: "Sionist rejimin cinayətləri ABŞ-ın qeyd-şərtsiz dəstəyi ilə həyata keçirilir və Vaşinqton Təl-Əvivi idarə edən cinayətkar dəstənin qanunu pozmalarında və cinayətlərində şərikdir."

Xəbəri paylaş

VİDEOLAR