İran İsrailin ətrafında raketlər yerləşdirir - İDDİA

İran İsrailin ətrafında raketlər yerləşdirir - İDDİA

İran İsrail ilə mübarizə üçün 3 ərəb ölkəsində raketlər yerləşdirmək istəyir.

Az.rasthaber.com İran mediasına istinadən xəbər verir ki, bu barədə İsrail rejiminin Radio və Televiziya Qurumu kəşfiyyat hesabatlarına istinadən bəyan edib.

İsraildə siyasi səviyyədə əldə edilmiş məlumatlar göstərir ki, Tehran İsrailin qarşısının alınması üçün Suriya, Livan, İraq və başqa ərazilərdə zenit-raket sistemləri yerləşdirməyə can atır.

Həmçinin qeyd edilib ki, Suriya ordusu İsrail qırıcılarını İran raket komplekslərindən atəşə tutub.

Xəbəri paylaş

VİDEOLAR