İran İsrailin Qəzzada Qahirə mədrəsəsinə hücumunu pisləyib

İran İsrailin Qəzzada Qahirə mədrəsəsinə hücumunu pisləyib

Xarici İşlər Nazirliyinin mətbuat katibi sionist rejimin Qəzzə şəhərində Qahirə mədrəsəsinin həyətini hədəf alması hərəkətini pisləyərək bildirib: “Sionist rejim daha bir dəhşətli cinayət törətdi və çoxlu sayda günahsız vətəndaşı faciəli şəkildə qətlə yetirdi.”

Az.rasthaber.com xəbər verir ki, Nasir Kənani 17 iyul çərşənbə günü X sosial şəbəkəsində yazıb: “Sionist rejim daha bir dəhşətli cinayət törətdi və çoxlu sayda günahsız vətəndaşı faciəli şəkildə qətlə yetirdi.”


Mətbuat katibi əlavə edib: “Hökumətlərin və beynəlxalq qurumların sionist rejimin bütün qəddarlığı, vəhşiliyi və anti-insani cinayətləri qarşısında susması və hərəkətsizliyi Qəzzə zolağında davam edən soyqırımın davamında praktiki olaraq qaniçən cəlladların əlini açıq qoyub.”

Xəbəri paylaş

VİDEOLAR