İranın işğal altındakı torpaqlara endirdiyi raket zərbəsi nəticəsində Weizmann Tədqiqat İnstitutu ağır zərər görüb
Rasthaber Azərbaycan xəbər verir ki, "Haaretz" qəzeti, Weizmann Tədqiqat İnstitutunda çalışan bir tədqiqatçıya istinadən yazıb ki, İranın bu instituta endirdiyi raket hücumu böyük dağıntıya səbəb olub və laboratoriyalardan biri yanıb.
Həmin tədqiqatçı bildirib: “Bu institut tamamilə məhv oldu. İran raketi binanın üç mərtəbəsinin çökməsinə səbəb oldu. İllər ərzində aparılmış təcrübələr, tədqiqatlar və toplanmış nümunələr bu hücum nəticəsində məhv edildi. Tədqiqat mərkəzi sanki müharibə meydanına çevrildi.”
İranın hədəf aldığı bu tədqiqat mərkəzi 1934-cü ildə işğal altındakı Rehovot şəhərində təsis edilmişdi.