İran İsrail rejiminin Həmas liderini qətlə yetirməsini pisləyib

İran İsrail rejiminin Həmas liderini qətlə yetirməsini pisləyib

İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani sionist İsrailin HƏMAS lideri Saleh əl-Arurini qətlə yetirməsini kəskin şəkildə pisləyib.

Az.rasthaber.com xəbər verir ki, İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani bildirib ki, bu hücum İsrailin təməllərinin terror və cinayət üzərində qurulduğunu bir daha sübut etdi.

Kənani sionist İsrailin HƏMAS lideri Salih əl-Aruri və Qəssam briqadasının iki komandirini qətlə yetirməsini qətiyyətlə pisləyib.

Təl-Əviv və tərəfdarlarının bu hərəkətin nəticələrinə görə məsuliyyət daşıyacağını bildirən Kenani, başda BMT Təhlükəsizlik Şurası olmaqla beynəlxalq təşkilatları İsrailin terror aktlarına qarşı təcili tədbirlər görməyə çağırıb.

Livanın paytaxtı Beyrutda Həmas ofisinə dünən axşam saatlarında pilotsuz təyyarə ilə həyata keçirilən terror hücumunda Arurinin şəhid olduğu bildirilib.

Xəbəri paylaş

VİDEOLAR