İran İnqilabı Keşikçiləri Korpusunun komandan müavini İranın sionist rejimin hücumuna cavab verib-verməyəcəyi ilə bağlı çıxışında İranın sionist rejimə qarşı “Əsl vəd 3” əməliyyatını həyata keçirəcəyini və bu əməliyyatın mütləq həyata keçiriləcəyini bildirib.
Az.rasthaber.com xəbər verir ki, İran İnqilabı Keşikçiləri Korpusunun komandan müavini general Əli Fedevi mövzu ilə bağlı verdiyi açıqlamada bildirib: "Bu əməliyyatın təfərrüatları ilə bağlı açıqlama verə bilməsəm də, mütləq həyata keçiriləcəyini deməliyəm".
İran rəsmiləri son zamanlar İrandan gözlənilən əməliyyatın mütləq həyata keçiriləcəyini vurğulayırlar.
İran prezidenti Məsud Pezeşkian bu gün Nazirlər Şurasının iclası zamanı verdiyi açıqlamada sionist İsrailin İrana qarşı həyata keçirdiyi hücuma cavab veriləcəyini təkrarlayıb.