İnqilab Keşikçiləri Korpusunun verdiyi 12-ci açıqlamada "Doğru Vəd 3" əməliyyatının 14-cü mərhələsində intiharçı pilotsuz təyyarələr və strateji raketlərdən istifadə edildiyi açıqlanıb.
Az.rasthaber.com xəbər verir ki, açıqlamada bildirilib:
"Bu əməliyyatda dəqiq zərbə qabiliyyətinə malik raketlərimiz İsrail ordusunun xəstəxana yaxınlığındakı kəşfiyyat və komanda mərkəzini vurdu. Artıq bütün dünya İranın kəşfiyyat və raket gücünü görüb."
İşğal altındakı ərazilərin qorxu üzündən hərbi bazaya çevrildiyi qeyd edilən bəyanatda bildirilib:
"Biz əvvəllər işğal olunmuş ərazilərin hava məkanının həssas olduğu barədə xəbərdarlıq etmişdik. Artıq heç bir nöqtə təhlükəsiz olmayacaq".
İnqilab Keşikçiləri Korpusu vurğulayıb ki, son nəfəsini verən tükənmiş rejimin növbəti zərbələrə tab gətirəcək gücü qalmayıb.