İran: İsrail artıq bütün qırmızı xətləri keçib!

İran: İsrail artıq bütün qırmızı xətləri keçib!

İran Xarici İşlər Nazirliyinin sözçüsü Kənani həftəlik mətbuat konfransında gündəmi dəyərləndirib.

Az.rasthaber.com xəbər verir ki, İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasser Kenani mətbuat konfransında regionda baş verənləri dəyərləndirib.

İranın sözçüsü Kənani Qəzzada baş verən hadisələrə toxunaraq bildirib ki, sionist rejim bütün qırmızı xətləri keçib.

Sionist rejimin hücumlarında 8 min fələstinlinin şəhid olduğunu bildirən Kənani onların 3 mininin uşaq olduğunu bildirib.

Kənani deyib:

"Sionistlərin məzlum Fələstin xalqına qarşı törətdiyi qətllərin hekayəsi dünənin və bu günün hekayəsi deyil, 75 ildir Fələstin xalqının üzərinə qoyulan əzabların hekayəsidir.

Qəzzada baş verənlərin araşdırılmasında israr edirik. Sionistlərin Qəzzada törətdikləri qətllər və soyqırımlarla bağlı beynəlxalq hüquq komitəsi yaradılmalı və bu komitə bu cinayətlər barədə BMT-yə məlumat verməli və cinayətkarları beynəlxalq məhkəmələrə verməlidir".

Kənani Qəzzadakı dəhşətli humanitar vəziyyətə və bu bölgənin sionist rejim tərəfindən tam mühasirəyə alınmasına toxunaraq deyib:

Hazırda Rəfah sərhəddində Qəzzə xalqına asanlıqla humanitar yardım göndərmək mümkün deyil və sionistlər bu addımı rədd etdilər. Refahın qeyd-şərtsiz açılması üçün bölgə və İslam ölkələrindən bütün tələblər var".

Müxtəlif ölkələrin səlahiyyətliləri Qəzzaya yardım göndərmək üçün Misir rəsmiləri ilə əlaqə saxlayır. Yardım göndərmək imkanı təmin olunarsa, İran Qəzza xalqına çatmaq üçün ən qısa zamanda yardımını Misirə göndərməyə hazırdır".

Xəbəri paylaş

VİDEOLAR