İran İslam İnqilab Keşikçiləri Korpusunun Kəşfiyyat rəisi şəhid olub

İran İslam İnqilab Keşikçiləri Korpusunun Kəşfiyyat rəisi şəhid olub

İran İslam İnqilab Keşikçiləri Korpusu Kəşfiyyat rəisi briqada generalı Məhəmməd Kazeminin sionist İsrail rejiminin İrana qarşı hücumlarında şəhid olduğunu açıqlayıb.

Az.rasthaber.com xəbər verir ki, İran İslam İnqilab Keşikçiləri Korpusu bu gün yaydığı bəyanatda, Kəşfiyyatın rəisi briqada generalı Məhəmməd Kazemi və iki yüksək səviyyəli kəşfiyyat komandiri Həsən Muhəqqiq və Möhsün Baqerinin sionist İsrail rejiminin İrana qarşı hücumlarında şəhid olduqlarını elan edib.

Açıqlamada, İnqilab Keşikçiləri Korpusunun Aerokosmik Qüvvələrinin bu terror hücumlarına cavab olaraq “Doğru Vəd 3” əməliyyatının üçüncü mərhələsi çərçivəsində İsrailin kəşfiyyat mərkəzlərini raket hücumları ilə hədəfə aldığı bildirilib.

Bəyanatda bu xəbərdarlığa da yer verilib: “Bu saxta və qatil rejimin tərəfdarları bilməlidirlər ki, bu rejim məhv edilənə qədər bizim effektiv və məqsədyönlü əməliyyatlarımız davam edəcək”.

Xəbəri paylaş

VİDEOLAR