İran İnqilab Keşikçiləri Korpusu ölkənin qərbində yerləşən Kirmanşah vilayətinin Qəsri Şirin bölgəsində antiterror təliminə başlayıb.
Az.rasthaber.com xəbər verir ki, İran İnqilab Keşikçiləri Ordusunun Quru Qoşunları Kirmanşah vilayətinin Qəsri-Şirin bölgəsində antiterror təlimi keçirib.
Kermanşahdakı Nəcəf-i Əşrəf qərargahına bağlı piyada, artilleriya, hava, raket, zirehli, pilotsuz uçuş aparatları və elektron döyüş bölmələri hərtərəfli təlimə qatılıb.
Təlimdə hərbi hissələrə çatdırılan yeni silahlardan da istifadə olunacaq.
İnqilab Keşikçiləri Quru Qoşunlarının komandanı briqada generalı Məhəmməd Pakpur mətbuata açıqlamasında bildirib ki, bu təlim yeni terror təhlükələri ilə mübarizədə quru qoşunları bölmələrinin döyüş gücünü və müdafiə vəziyyətini yoxlamaq üçün həyata keçirilib.