İran İraqla hava əlaqəsini bərpa edir

İran İraqla hava əlaqəsini bərpa edir

İraqdan gələnlər COVID-19 testinin mənfi nəticələrini təqdim etməlidirlər.

Rasthaber Azərbaycan İraq mediasına istinadən xəbər verir ki, İranın “Mahan Airlines” şirkəti ötən gün elan edib ki, İraq və İraq Kürdüstanına uçuşları bərpa edəcək.

Şirkətin bəyanatında deyilir ki, uçuşlar Bağdad, Bəsrə, Nəcəf, həmçinin Kürdüstan muxratiyyətinin Ərbil və Süleymaniyyə şəhərlərinə bərpa ediləcək.

İraq hava limanlarına daxil olan zamanı sərnişinlər hərarət müayinəsindən keçəcəklər, şübhəli hal müəyyən edildikdə isə karantinə yerləşdiriləcəklər.

Bundan başqa, İraqdan gələnlər COVID-19 testinin mənfi nəticələrini təqdim etməlidirlər.

Xəbəri paylaş

VİDEOLAR