İranın energetika naziri İraqda elektrik stansiyalarının tikintisi və inkişafı, həmçinin enerji bloklarının texniki xidməti ilə bağlı çoxsaylı müqavilələrdən xəbər verib.
Az.rasthaber.com xəbər verir ki, Əli Əkbər Mehrabiyan Fars informasiya agentliyinə müsahibəsində İranla İraq arasında energetika sahəsindəki əməkdaşlıqlara işarə ilə deyib: İran elektrik stansiyalarının tikintisi üzrə texniki biliklərdə özünü təmin etdiyinə görə, iraqlı tərəfin investisiyaları ilə indiyədək bu ölkədə 1950 meqavat gücündə elektrik stansiyasının tikintisi məhz İran şirkətləri tərəfindən həyata keçirilib. İrandakı özəl sektorun startap şirkətləri də İraqda 1700 meqavat gücündə elektrik stansiyası inşa etməkdədirlər.
İranın Qərbi Asiyada elektrik enerjisi istehsalı sahəsində birinci güc olduğunu bildirən Mehrabiyan deyib: Elektrik sektorunda uzunmüddətli strateji müqavilələrin bağlanmasına doğru irəliləmək, İran dövlətinin dinamik regional diplomatiyasının istiqamətlərindən olub və ölkə üçün parlaq nəticələr gətiribdir.
İranın energetika naziri əlavə edib: Beynəlxalq məlumatlara görə, Qərbi Asiya ölkələri arasında elektrik enerjisinin istehsalı və paylanması üzrə ən böyük imkan, İrana məxsusdur.