İran: İlk dəfə çoxbaşlı ballistik raketlərdən istifadə etdik

İran: İlk dəfə çoxbaşlı ballistik raketlərdən istifadə etdik

Doğru Vəd 3 əməliyyatının sözçüsü polkovnik Tacik son əməliyyatda çoxbaşlı ballistik raketdən istifadə edildiyini bildirib.

Az.rasthaber.com xəbər verir ki, Doğru Vəd 3 əməliyyatının sözçüsü polkovnik İman Tacik bu gün son cavab əməliyyatı ilə bağlı açıqlama verərək deyib:

"Xeybər adlı çox başlı ballistik raketdən ilk dəfə daha dəqiq, dağıdıcı və təsirli hücumlar üçün istifadə etdik".

Polkovnik Tacik bildirib: "Son əməliyyatda işğal altındakı ərazilərdə rejimin şimaldan cənuba və mərkəzindən strateji hədəflər vuruldu".

Səhər saatlarında vurulan hədəflər arasında Ben Qurion Hava Limanı, bioloji tədqiqat obyekti və bir neçə komanda, idarəetmə və logistika dəstək bazaları olub.

Xəbəri paylaş

VİDEOLAR