İran Hərbi Dəniz Qüvvələri hərbi hava gəmiləri ilə gücləndiriləcək

İran Hərbi Dəniz Qüvvələri hərbi hava gəmiləri ilə gücləndiriləcək

İran Ordusu Hərbi Dəniz Qüvvələrinin komandanı admiral Şəhram İrani uzaq mənzilli raket qabiliyyətinə malik hərbi hava gəmisi haqqında məlumat verib.

Az.rasthaber.com xəbər verir ki, İran Ordusu Dəniz Qüvvələrinin komandanı admiral Şəhram İrani bu gün verdiyi açıqlamada ölkənin dəniz qüdrətini artırmaq üçün səylərin davam etdiriləcəyini bildirib.

Admiral İrani uzun mənzilli raket qabiliyyətinə malik hərbi hoverkraftların tezliklə Hərbi Dəniz Qüvvələrinə təhvil veriləcəyini açıqlayıb.

"Cənub donanmasında raketlərin uçuş məsafəsini 1000 km-ə çatdıra bildik", - deyən Admiral İrani yerli və milli "Fatih" sualtı qayığının öz vəzifəsini davam etdirdiyini bildirib.

Hərbi Dəniz Qüvvələrinin komandanı yaxın vaxtlarda yeni yerli torpedaların təqdim olunacağını bəyan edib.

Yarı ağır sualtı qayıq olan Fatih 527 ton ağırlığında, 250 metr dərinliyə enə bilir və saatda 25,9 km sürətə malikdir.

Xəbəri paylaş

VİDEOLAR