İranın Hökumət sözçüsü İran İslam Respublikasının öz milli maraqlarını müdafiə etməkdə səhlənkarlıq etməyəcəyini vurğulayıb və deyib: Ümid edirik ki, sionist rejim kifayət qədər çəkindirici qüvvə alıb və öz hüdudlarından kənara addım atmayacaq.
Az.rasthaber.com xəbər verir ki, Fatimə Mühacirani bazar ertəsi İRNA ilə eksklüziv müsahibəsində birlik hökumətində bütün idarəetmə orqanları arasında birlik yaratmalı olduğumuzu vurğuladı və dedi: Millətin milli qürurunu İrana qaytaran silahlı qüvvələrdə olan qardaşlarımıza minnətdarıq.
İranın Hökumət sözçüsü deyib: "Doğru vəd 2" əməliyyatı Ali Milli Təhlükəsizlik Şurasının rəhbəri olaraq Prezidentin təsdiqi və məlumatı ilə həyata keçirilib və müdafiə naziri də onun üzvlərindən biri kimi bu şurada mühüm rol oynayır.
Mühacirani İran İslam Respublikasının öz milli maraqlarını müdafiə etməkdə səhlənkarlıq etməyəcəyini vurğuladı və dedi: Ümid edirik ki, sionist rejim kifayət qədər caydırıcı zərbə alıb və ayağını yorğanından çıxartmayacaq.