Ayətullah Xameneinin hərbi müşaviri Hüseyn Dehqan açıqlama verib
Rasthaber Azərbaycan İran mediasına istinadən verdiyi xəbərə əsasən, general Qasim Süleymaniyə qarşı törədilmiş sui-qəsddən sonra İran heç bir halda ABŞ- la danışıqlara getməyəcək.
Bu haqda İranın Ali lideri Ayətullah Xameneinin hərbi müşaviri Hüseyn Dehqan bildirib.
"İran xalqı heç bir halda belə bir rəzalət səviyyəsinə enməyəcək, bu xalq - başqa bir ölkədə rəsmi səfərdə olan rəsmi şəxsin qətlinə fərman verənlərlə danışıqlar aparmayacaq", - Dehqan qeyd edib.