İran: Haqqı görməzdən gəlmək İsrail rejiminə kömək etməyəcək

İran: Haqqı görməzdən gəlmək İsrail rejiminə kömək etməyəcək

Nasir Kənani öz Twitter hesabında Fələstin məsələsi ilə bağlı paylaşım edib.

Az.rasthaber.com xəbər verir ki, İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani özünün Tvitter hesabında Fələstin məsələsi ilə bağlı açıqlama verib.

Kənani paylaşımında bildirib:

"Həqiqətdən qaçmaq Aparteid rejiminə kömək etməyəcək. Həqiqət budur ki, “çayından dənizinə qədər” bu müqəddəs torpaqlar Fələstin xalqına məxsusdur. İran vahid Fələstin prinsipinə inanır.

Fələstin məsələsinin demokratik həlli referendum yolu ilə müsəlmanlar, xristianlar və yəhudilər də daxil olmaqla, onun bütün əsl sakinlərinin səslərinin nəzərə alınmasıdır".

Xəbəri paylaş

VİDEOLAR