İran İsrailin İsmayıl Haniyyəni terror etməsinə görə məsuliyyəti qəbul etməsi ilə bağlı Təhlükəsizlik Şurasına məktub göndərib.
Az.rasthaber.com xəbər verir ki, İran İslam Respublikasının BMT-dəki səfiri və daimi nümayəndəsi BMT və Təhlükəsizlik Şurasının Baş katibinə ünvanladığı məktubda bildirib: “İsrail rejiminin bu dəhşətli cinayətə görə məsuliyyətini açıq şəkildə etiraf etməsi, müdafiə cavabının qanuniliyini və işğalçı İsrail rejiminin regionun və dünyanın sülh və təhlükəsizliyinə ən ciddi təhdid olması barədə Tehranın davamlı mövqeyini təsdiqləyir.”
İran İslam Respublikasının BMT-dəki səfiri və nümayəndəsi Əmir Səid İrəvani çərşənbə axşamı Birləşmiş Millətlər Təşkilatının Baş katibi və həmçinin Təhlükəsizlik Şurasının dövriyyə sədrinə ünvanladığı məktubda yazıb: “İsrailin müdafiə naziri Yisrael Katz 23 dekabr 2024-cü il bazar ertəsi axşam saatlarında bu rejimin müdafiə nazirliyinin əməkdaşlarının iştirak etdiyi tədbirdə İran Prezidenti, doktor Məsud Pezeşkiyanın andiçmə mərasimində iştirak etmək üçün Tehrana səfər edən cənab İsmayıl Həniyyənin terror edilməsində İsrail rejiminin məsuliyyətini açıq şəkildə və həyasızcasına təsdiqlədi. Bu açıq etiraf ilk dəfədir ki, İsrail rejimi bu dəhşətli cinayətə görə məsuliyyətini açıq şəkildə qəbul edir.”