İran Müslüm Şahdanın qətlə yetirilməsi ilə bağlı şayiələri təkzib edib.
Rasthaber Azərbaycan “Tasnim”-ə istinadən xəbər verir ki, İran mənbələri İraqda Suriya ilə sərhəddə İslam İnqilabı Keşikçiləri Ordusu (Sepah) komandirlərindən biri Müslüm Şahdanın qətlə yetirilməsi ilə bağlı şayiələri təkzib edib.
“Sionist rejiminin KİV-ləri iranlı komandirin hava hücumu nəticəsində qətlə yetirildiyini bəyan ediblər” deyə mənbədən bildirilib və qeyd edilib ki, bütün bu şayiələr yalandır.
Əlavə edilib ki, bu cür saxta xəbərlər iranlı nüvə alimi Möhsün Fəxrizadənin terror nəticəsində qətlə yetirilməsinin fonunda yayılır və ictimai fikrə təsir etmək məqsədi güdür.