İran Xarici İşlər Nazirliyinin mətbuat katibi bildirib ki, İran və üç Avropa ölkəsi arasında cümə günü, noyabrın 29-da Fələstin, Livan və nüvə məsələlərini müzakirə etmək üçün görüş keçiriləcək.
Az.rasthaber.com xəbər verir ki, İran Xarici İşlər Nazirliyinin mətbuat katibi İsmayıl Bəqai xarici siyasət sahəsi üzrə jurnalistlərlə söhbətində cümə günü noyabrın 29-da ikitərəfli, regional və beynəlxalq məsələlərin müzakirəsi məqsədilə İran İslam Respublikası, Fransa, Almaniya və İngiltərə xarici işlər nazirlərinin müavinlərinin iclasının keçiriləcəyini açıqlayıb.
Bəqai deyib: “Əvvəlcədən Nyu Yorkda planlaşdırılmış danışıqların bu raundunda bir sıra regional və beynəlxalq mövzular və problemlər, o cümlədən Fələstin və Livan məsələsi, həmçinin nüvə məsələsi müzakirə olunacaq və fikir mübadiləsi aparılacaq.”