"İran Əfqanıstanda cərəyan edən presesləri diqqətlə izləyir və bütün tərəflərlə danışıqlar aparır, lakin bu mərhələdə Talibanı rəsmiyyətdə tanımağımız sözmövzusu deyil"
Rasthaber Azərbaycan trthaber-ə istinadən xəbər verir ki, bunu İranın Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xatibzadə deyib.
İranın Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xatibzadə Tehranda təşkil etdiyi növbəti mətbuat konfransında bu barədə danışıb.
O qeyd edib ki, qonşu ölkə Əfqanıstanda cərəyan edən prosesləri yaxından izlədiyirik. Əfqanlar arasında sülh danışıqlarına töhfə verməyə hazır olduqlarını ifadə edən Sözçü bütün tərəfləri Əfqanıstanda şiddətdən imtina etməyə, sabitlilik və sülhün bərpası istiqamətdə addımlar ataraq Əfqanıstanın demoqrafik və etnik quruluşunu əks etdirən şəffaf bir hökumət yaradmağa çağırıb.
Xatibzadə “İran, Əfqanıstanda hakimiyyəti ələ keçirən Talibanı rəsmiyyətdə tanıyacaqmı?” deyə ünvanlanan suala belə cavab verib: “Hazırda Talibanı rəsmiyyətdə tanıyacaq mərhələdə deyilik. Əfqanıstanın gələcək hökuməti ilə əlaqəli qərar qəbul etmək üçün hələ tezdir. Əsas Prioritetlər Əfqan xalqının həyatını, mülkünü və şərəfini qorumaq, müxtəlif Əfqan qruplar arasında dialoqu bərpa etmək, hər kəsin təmsil ediləcəyi bir hökumət qurmaq olmalıdır”.
Xatibzadə İranın Livana göndərdiyi və benzin təchizatında problem yaşayan neft tankerləri ilə bağlı suala cavabən: “Livan istərsə, yenə neft göndərərik”. Xatırladaq ki, Əfqanıstanın paytaxtı Kabili mühasirəyə salan Taliban 15 avqustda prezident Əşrəf Qani ölkədən çıxdıqdan sonra müqavimətlə qarşılaşmazdan şəhərə nəzarəti ələ keçirdi.