İran Əfqanıstanda məsciddə törədilən terror aktını pisləyib

İran Əfqanıstanda məsciddə törədilən terror aktını pisləyib

İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani Əfqanıstanın paytaxtı Kabildə məsciddə törədilən terror aktını pisləyib.

Az.rasthaber.com xəbər verir ki, İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani dünən Əfqanıstanın paytaxtı Kabildə məsciddə törədilən və çoxlu sayda Əfqanıstan vətəndaşının ölümü və yaralanması ilə nəticələnən terror aktını pisləyib.

Nasir Kənani bu terror aktında həyatını itirənlərin ailələrinə başsağlığı verib, yaralananların tezliklə sağalmasını arzulayıb.

Qeyd edək ki, dünən Kabilin Hayrhane rayonundakı “Sıdıkiyyə” məscidində baş verən terror aktında 20 nəfər həyatını itirib, 40 nəfər yaralanıb.

Xəbəri paylaş

VİDEOLAR