İran Xarici İşlər Nazirliyinin sözçüsü deyib ki, İranın Əfqanıstanla sərhədlərində hər şey kontrol altındadır
Rasthaber Azərbaycan İran mediasına istinadən xəbərinə görə, Səid Xətibzadə sərhəddəki son dəyişikliklərdən sonra Əfqanıstanla sərhədlərdə və sərhəd keçidlərindəki vəziyyətə dair sualın cavabında bildirib ki, İran İslam Respublikasının sərhədləri ölkəmizin qeyrətli sərhədçilərinin ciddi-cəhdi ilə asayiş və təhlükəsizlikdədir və İranın Əfqanıstanla sərhədlərində hər şey nəzarət altındadır.
İran Xarici İşlər Nazirliyinin sözçüsü sonra deyib ki, Əfqanıstanın daxilindəki «İslam qala» və «Əbu-Nəsr» gömrüklərində baş vermiş toqquşmalara əsasən, bir qrup əfqan işçi İranın daxilinə gəlib.
Xətibzadə vurğulayıb ki, İran İslam Respublikası dinc yanaşı yaşama çərçivəsində, həmçinin Əfqanıstanla sərhəd müqavilələrinə və qanun-qaydalara əsasən, lazımi tədbirlər görəcək.