İran: Fordoda nüvə sızması yoxdur

İran: Fordoda nüvə sızması yoxdur

ABŞ-ın İranın ən kritik nüvə obyektlərindən biri olan Fordoya hücumundan sonra bu obyektdə nüvə sızmasının olmadığı bildirilib.

Az.rasthaber.com xəbər verir ki, Fordoda uranın zənginləşdirilməsi obyektinin yerləşdiyi Qum əyalətindən olan əyalət qubernatorluğu rəsmisi açıqlama verib.

İranlı rəsmi deyib:

"Fordo nüvə obyekti ABŞ tərəfindən hücuma məruz qalıb və zərər görüb, lakin onun daxilində və ətrafında heç bir nüvə sızması yoxdur".

Qeyd edək ki, ABŞ İranın Fordo, Natanz və İsfahandakı üç nüvə obyektinə hava zərbələri endirib.

İranın ən kritik nüvə obyekti olan Fordunun yerləşdiyi Qum əyalətinin qubernatorluğu rəsmisi obyektə hücum edildiyini təsdiqləyib.

Ölkə mətbuatına açıqlama verən İsfahan qubernatorunun müavini Əkbər Salihi də İsfahan və Natanz nüvə mərkəzləri yaxınlığında hücumların olduğunu bildirib.

Salihi ətraflı məlumatın daha sonra açıqlanacağını bildirib.

Digər tərəfdən, İran dövlət televiziyası hücum xəbərini təsdiqləmədən obyektlərin boşaldıldığını və nüvə materiallarının başqa yerə daşındığını açıqlayıb.

Xəbəri paylaş

VİDEOLAR