İran: Fələstinin taleyini ABŞ yox, öz xalqı təyin edəcək

İran: Fələstinin taleyini ABŞ yox, öz xalqı təyin edəcək

Azərbaycanın paytaxtı Bakıda keçirilən Asiya Parlamentləri Assambleyasının (APA) 15-ci iclasında çıxış edən İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf İsrailin soyqırım cəhdinə baxmayaraq müqavimət cəbhəsinin rejimə strateji məğlubiyyət verdiyini bildirib.

Az.rasthaber.com xəbər verir ki, Qalibaf ABŞ və İsrailin Qəzza və Livandakı hərbi uğursuzluqlarından sonra bölgədə siyasi sui-qəsdlərini artırdığına diqqət çəkib.

Mehr Xəbər Agentliyinin məlumatına görə, Qalibaf ABŞ prezidenti Donald Trampın Qəzzəyə nəzarəti ələ keçirməsi və fələstinlilərin zorla köçürülməsi ilə bağlı açıqlamalarını “müstəmləkəçi yanaşma” kimi qiymətləndirib və Donald Trampın təqdim etdiyi planın müasir işğal və etnik təmizləmə olduğunu vurğulayıb.

Qalibaf bildirib ki, bu cür təşəbbüslər regional təhlükəsizliyi daha da kövrək edəcək.

İranın Fələstin xalqının iradəsinə zidd heç bir dayatılan planı qəbul etməyəcəyini bildirən Qalibaf beynəlxalq ictimaiyyəti və Asiya ölkələrinin parlamentlərini Fələstin xalqının hüquqlarını müdafiə etməyə çağırıb.

Fələstinin taleyini ABŞ deyil, xalq müəyyən edəcək deyən prezident Qalibaf qeyd edib ki, Fələstin böhranının həlli İsrail ordusunun Fələstin, Livan və Suriyanın işğal olunmuş ərazilərindən tamamilə çıxarılması, Qəzzaya humanitar yardımların fasiləsiz çatdırılması və fələstinlilərin təhlükəsiz evlərinə qayıtması ilə mümkün olacaq.

Asiya ölkələrinin əməkdaşlığı gücləndirməli olduğunu vurğulayan Qalibaf qitə ölkələri arasında iqtisadi və ticari əməkdaşlığın artırılması üçün güzəştli ticarət sazişləri və investisiya təşviqi mexanizmlərinin həyata keçirilməsini təklif edib.

O, bəyan edib ki, İran parlamenti Asiyada çoxtərəfli əməkdaşlığı gücləndirmək üçün istənilən addımı atmağa hazırdır.

Xəbəri paylaş

VİDEOLAR