İran İslam İnqilabının Keşikçiləri Korpusunun baş komandanı Hüseyn Səlami deyib ki, Qəzza kimi İordan Çayının Qərb Sahilindəki bölgələr də silahlandırılır.
Az.rasthaber.com xəbər verir ki, hazırda İordan Çayının Qərb Sahilində müqavimətin üzləşdiyi vəziyyətdən və döyüş meydanının Qəzzadan işğal olunmuş ərazilərin digər bölgələrinə genişlənməsindən danışan general-leytenant Səlami əlavə edib: “İşğal olunmuş ərazilərin daxilindəki müqavimətə baxın, məsələn, Cenində çox təsirli müqavimət var. Bu aratacaq.”
Səlami İsrailə xəbərdarlıq edib ki, silahları əldə etmək indi əvvəlkindən daha asandır, texnologiya heç kimin onun ötürülməsini və böyüməsini dayandıra biləcəyi bir şey deyil. Bu gün dünyada silahlar çox asanlıqla istehsal olunur və ötürülür və israillilər də adətən bundan gec xəbər tuturlar.