İran Fələstin Müqavimətinə başsağlığı verdi

İran Fələstin Müqavimətinə başsağlığı verdi

Ramazan Abdullah Şallah uzun müddət xəstə vəziyyətində olaraq nəhayət dünən dünyasını dəyişib.

Rasthaber Azərbaycan SaharAzeri-yə istinadən xəbər verir, İİR prezidenti Həsən Ruhani müraciətində bu itkini Fələstin xalqına və bütün müqavimət qruplarına başsağlığı verərək bildirib ki, Ramazan Abdullah cihad və müqavimət ərsələrində gələcək nəsillər üçün bir çırağ olaraq Fələstin mübarizələri tarixində davamlı xidmətlərin mənşəyi olmuşdur. 

Ruhani öz müraciətində bildirib ki, Ramazan Abdullah qəsbkar sionist rejim ilə mübarizə meydanında yorulmaz mücahid və mütəfəkkir olaraq özünün bütün bərəkətli ömrünü Fələstinin məzlum xalqının amallarını müdafiəyə sərf etdi. 

İİR XİN başçısı Məhəmməd Cavad Zərif, islam inqilabının böyük rəhbərinin beynəlxalq məsələlər üzrə müşaviri və Ümumdünya İslami Oyanış Assambleyasının baş katibi Əliəkbər Vilayəti, İslami Məzhəblərin Yaxınlaşdırılması Assambleyasının baş katibi Həmid Şəhriyari , İİR İslami Şura Məclisinin sədri Məhəmmədbaqir Qalibaf ayrı-ayrılıqda müraciətlər edərək Ramazan Abdullahın vəfatı münasibətilə başsağlığı veriblər. 

Fələstin İslami Cihad Hərəkatının keçmiş baş katibi Ramazan Abdullah Şallah uzun müddət xəstə vəziyyətində olaraq nəhayət dünən dünyasını dəyişib. 

Xəbəri paylaş

VİDEOLAR