İran Fars Körfəzində qaçaq yanacaq daşıyan xarici tankeri saxlayıb

İran Fars Körfəzində qaçaq yanacaq daşıyan xarici tankeri saxlayıb

“İranın İslam İnqilabının Keşikçilər Ordusu Fars Körfəzində 220 min litr qaçaq yanacaq daşıyan xarici neft gəmisini saxlayıb.”

Az.rasthaber.com SalamNews-a istinadən xəbər verir ki, bu barədə İranın Ədliyyə Nazirliyinin Hormuzqan Nümayəndəliyindən açıqlama verilib.

Bildirilib ki, Məhkəmə qurumları ilə koordinasiyadan sonra İslam İnqilabı Keşikçiləri Ordusunun Dəniz qüvvələrinin “Zülfiqar” qrupu Fars körfəzi sularında qaçaqmalçılıq yolu ilə yanacaq daşıyan xarici gəmini müəyyən etdikdən sonra onu ələ keçirib.

"Bu gəmiyə baxış zamanı 220 min litrdən çox qaçaqmalçılıq yolu ilə gətirilən yanacaq ələ keçirilib və burada 11 nəfərdən ibarət ekipaj istintaq prosesi və hüquqi prosesi başa çatdırmaq üçün saxlanılıblar.

Bu gəmiyə yanacaq çatdıran bir İran gəmisi də aşkarlanıb və saxlanılıb.

Xəbəri paylaş

VİDEOLAR