İran: Dollar xarici əməliyyatlardan tədricən yığışdırılacaq

İran: Dollar xarici əməliyyatlardan tədricən yığışdırılacaq

İran Mərkəzi Bankının baş direktoru İran və Rusiya arasında milli valyutalarla ticarət əməliyyatları üçün münasib zəminin yarandığını və dolların iki ölkənin iqtisadi mübadilələrindən tədricən çıxarılacağını bildirib.

Az.rasthaber.com xəbər verir ki, Əli Salehabadi valyuta bazarının idarə edilməsi, pul bazasına nəzarət, likvidlik və dolların xarici əməliyyatlardan tədricən çıxarılması sahəsində görülən tədbirləri şərh edərkən əlavə edib: İran-Rusiya mübadilələrinin həcmi təxminən dörd milyard dollar təşkil edir ki, bu mübadilələr iki ölkənin milli valyutasından istifadə ilə edilə bilər.

İran Mərkəzi Bankının baş direktoru İran və Rusiya arasında kiçik ticarət mübadilələrində iki ölkənin milli valyutasından istifadəyə dair memorandumun imzalandığını bildirib. Qeyd edib ki, digər pul və bank sahələrində də konkret zaman cədvəli işlənib hazırlanıbdır ki, bu haqda tədricən məlumat veriləcək.

Salehabadi İslam İnqilabı Rəhbərinin Rusiya prezidenti Vladimir Putinlə görüşdə vurğuladıqları məsələyə də toxunub: Putinin çərşənbə axşamı günü Ayətullah Xamenei ilə görüşündə İslam İnqilabının Rəhbəri dolların iki ölkə arasındakı iqtisadi əməliyyatlardan tədricən götürülməsini istədilər. Putin də bu məqsədin həyata keçməsi üçün lazımi tədbirlərin görülməsinə təkid edibdir.

Salehabadi rial-rubl valyuta əməliyyatları simvolunun təqdimat mərasiminin Rusiya prezidentinin İrana səfərilə bir vaxta düşməsini İran Mərkəzi Bankı ekspertlərinin ötən üç aydakı hərtərəfli səylərinin nəticəsi adlandırıb və belə əlavə edib: Hazırkı şəraitdə İranla Rusiya arasında iqtisadi əməliyyatlarda milli puldan istifadə üçün əlverişli zəmin var və bu məsələ təkcə Rusiya ilə məhdudlaşmayacaq. Tacirlər və iş adamları rublun işlədildiyi bütün Mərkəzi Asiya ölkələrində öz ticarət hesablarını çürütmək üçün bu valyutadan istifadə edə bilərlər.

Xəbəri paylaş

VİDEOLAR