İran Cənubi Koreyaya məxsus gəmini salxadı

İran Cənubi Koreyaya məxsus gəmini salxadı

İş İranın məhkəmə orqanlarına göndərilib.

Rasthaber Azərbaycan  “Fars”-a istinadən xəbər verir ki, İran hərbçiləri Cənubi Koreyaya aid gəmini Fars körfəzində saxlayıb.

“İslan İnqilabı Keşikçiləri Ordusu Hərbi Dəniz Qüvvələri Fars körfəzi sularında ətraf mühiti çirkləndirmə səbəbi ilə Cənubi Koreyaya aid gəmini tutub”, – deyə qeyd edilib.

“Tasnim” agentlliyi bildirir ki, sözügedən gəmi 7,2 min ton etanol daşıyırdı və Səudiyyə Ərəbistanının əl-Cubəyl limanından Cənubi Koreyaya doğru hərəkət edirdi. Gəmi ekipajı Myanma, Vyetnam, Koreya və İndoneziya vətəndaşlarından ibarətdir. Onlar da saxlanılıblar, gəminin özü isə Bəndər-Abbas limanına gətirilib.

İş İranın məhkəmə orqanlarına göndərilib.

Xəbəri paylaş

VİDEOLAR