İran Çin səfirini Tehranda XİN-ə çağırıb və rəsmi Pekinə etiraz edib.
Az.rasthaber.com SalamNews-a istinadən xəbər verir ki, İranın Xarici İşlər Nazirliyinin mətbuat katibi Nasir Kənani bu günkü mətbuat konfransında Çin və Ərəb dövlətlərinin birgə bəyanatına münasibət bildirib.
Çin və Ərəb dövlətlərinin birgə bəyanatında üç ada ilə bağlı yer alan məsələyə etirazını bildirən Kənani deyib:
“Üç ada ilə bağlı iddiaları İranın daxili işlərinə və ərazi sərhədlərinə müdaxilə hesab edir və bu iddiaları qətiyyətlə pisləyirik.”
Qeyd edək ki, bundan öncə İran Çin səfirini Tehranda XİN-ə çağıraraq etirazını bildirib.