İran: Bəziləri Tehran-Bakı münasibətlərini korlamaq istəyir

İran: Bəziləri Tehran-Bakı münasibətlərini korlamaq istəyir

"İranla Azərbaycan Respublikası arasında bir çox ortaq məsələlər vardır ki, üçüncü tərəf iki ölkənin yaxşı münasibətlərinə qarışmamalıdır".

Az.rasthaber.com İran mediasına istinadən xəbər verir ki, İranın daxili işlər naziri Azərbaycan Respublikasının baş prokuroru ilə görüşdən sonra deyib ki, bəziləri İranla Azərbaycan Respublikası arasında anlaşılmazlığın yaranmasına çalışırlar.

Əhməd Vəhidi Tehranda Kamran Əliyevlə görüşdən sonra deyib:

"İranla Azərbaycan Respublikası arasında bir çox ortaq məsələlər vardır ki, üçüncü tərəf iki ölkənin yaxşı münasibətlərinə qarışmamalıdır.

Vəhidi qeyd edib ki, İran və Azərbaycan Respublikası yaxşı gələcəyə və bölgədə strateji əlaqələrə malik ola bilərlər.

Xəbəri paylaş

VİDEOLAR