İranın Xarici İşlər Nazirliyinin mətbuat katibi bəzi media dairələrinin Suriyanın daxili işlərinə müdaxilə ilə bağlı İrana qarşı əsassız ittihamlarını tamamilə rədd edib.
Az.rasthaber.com xəbər verir ki, İranın Xarici İşlər Nazirliyinin mətbuat katibi İsmayıl Bəqai Suriyanın müxtəlif şəhərlərində ötən günlərdə baş verən hadisələrə və insanların müqəddəs məkanlardan birinin təhqir olunmasına reaksiya olaraq etiraz etmələrinə toxunaraq, bəzi media dairələrinin Suriyanın daxili işlərinə qarışmaqda İran İslam Respublikasına qarşı əsassız ittihamlarına təəccübləndiyini bildirərək, bu cür iddiaları tamamilə rədd edib.