İran: Bu hədələr Trampın seçki təbliğatı kimi şeydir...

İran: Bu hədələr Trampın seçki təbliğatı kimi şeydir...

İran XİN rəsmisi Əli Rabii ABŞ prezidenti Donald Trampın təhdidlərinə münasibət bildirib.

ABŞ tərəfdən istənilən strateji səhv halında İran qəti şəkildə cavab verəcək”, – deyə o qeyd edib.

O, həmçinin deyib ki, Trampın təhdidləri təbliğat xarakterlidir və ABŞ-da qarşıdan gələn prezident seçkiləri ilə bağlıdır.

Rabii Trampın bəyanatını “seçkiqabağı yem” kimi səciyyələndirib.

İranlı rəsmi vurğulayıb ki, Trampın şərhi xarici siyasət və ya kəşfiyyatla məşğul olan təsisatların məlumatlarına yox, yalnız “öznünün eşitdiklərinə” əsaslanır.

Regionumuzun tarixi təcrübəsi göstərir ki, ABŞ hökuməti (məlumatın) manipulyasiyası ilə bağlı xəbərlərə söykənən öz bəyanatlarının sayəsində İraq və Əfqanıstanda müharibə başladıb”, – deyə Rabii bildirib və Trampa “yeni fırıldaqlardan çəkinməyi” məsləhət görüb.

Xatırladaq ki, bir müddət öncə xarici mediaların birində xəbər yayıldı ki, İran, guya, ABŞ-ın CAR-dakı səfirini öldürmək istəyir.

İran XİN rəsmisi Səid Xətibzadə bildirib ki, iddialar əsassızdır.

Bu məlumatların fonunda isə, Tramp deyib ki, İranın istənilən hücumuna “min mislində” cavab veriləcək.

rasthaber

Xəbəri paylaş

VİDEOLAR