İran “Zaqros Şəbəkəsi” üzvlərini ələ keçirdyini bildirib.
Az.rasthaber.com SalamNews-a istinadən xəbər verir ki, bu barədə İran İslam İnqilabının Keşikçilər Ordusunun (Sepah) İctimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb.
Bildirilib ki, Sepah-ın Kəşfiyyat xidməti ilə ölkənin Kəşfiyyat Nazirliyinin birgə, müvəffəqiyyətli əməliyyatı nəticəsində Britaniya tərəfindən birbaşa istiqamətləndirilən “Zaqros şəbəkəsi” qrupunun yeddi üzvü ələ keçirilib.
Onlar, ölkədə etiraz və iğtişaşlar zamaqnı təxribatda və sui-qəsddə ittihamlandırılıblar.
Saxlanılan şəxslərin bəzisi ikili vətəndaşlı olub və ölkədən qaçmaq istəyərkən ələ keçiblər.