Bu haqda İran XİN rəsmisi Möhsün Baharvənd bildirib.
Rasthaber Azərbaycan shafaqna-ya istinadən xəbər verir ki, İran vurulmuş Ukraynanın “Boeing 737-800” təyyarəsinin qara qutusunu oxunması üçün Fransaya göndərib.
Bu haqda İran XİN rəsmisi Möhsün Baharvənd bildirib.
“Ukrayna təyyarəsinin qara qutusu Parisə çatdırılıb”, – deyə o qeyd edib.
Onun sözlərinə görə, bu, ötən gün hadisənin araşdırılmasında iştirak edən İran Mülki Aviasiya Təşkilatının rəsmiləri tərəfindən göndərilib. Qara qutunun oxunma prosesi isə 20 iyulda başlayacaq.